Seyyid Taleh - Zikr - Ya Reb menim qelbimi dindir (Official Video)

Seyyid Taleh - Zikr - Ya Rəb mənim qəlbimi dindir Apple Music : Spotify : Deezer : Fizy : “SÖZLƏRİ” Ya Rəb mənim qelbimi dindir Qəlb deyəni dil deyə bilmir Qəlbimdəsən Ey gözel Allah Subhanallah əlhəmdulillah Dini bizə eylədin ehsan Kafir olar danarsa insan Dini islam dinimdir billah Subahnallah əlhəmdulillah La ilahə illallah Muhammadun Rəsulullah Əliyyun vəliyyullah Əl tutandır Heydəri kərarr Hər nə qədər onda ruzi var Ehsan edər fi səbilillah Sübhanallah əlhəmdulillah Nemətinə şükr ola Rəbbim Peyğəmbərdi aləmə cəddim Fəxr edirəm onunla vallah Sübhanallah əlhəmdulillah Rövşən, hər an Allaha söylə Söylədiyin zikr ola böylə Verdiyinə şükrən lillah Sübhanallah əlhəmdulillah La ilahə illallah Muhammadun Rəsulullah Əliyyun vəliyyullah Söz : Hacı Seyyid Rövşən (Xırdalan) Mus : Farxod Sadıkoviç Niftiyev Aranjiman : Fəriborz Xatəmi Rejissor : Araz Mohaddis Bu klip Azərbaycan da 3D formatinda çəkilən ilk dini klipdir. Təqribən 4-aya yaxın müddətdə ərsəyə gələn bu klipə maddi və mənəvi dəstək olan hər kəsə minnətdaram. Xususi ilə yaxın dostum, əziz qardaşım Emil Pənahəliyə maddi dəstəyinə görə ve klipə gecə-gündüzün sərf edən Təbriz şəhərinin istedadlı gənc rejissoru Araz Mohaddisə çox təşəkkür edirəm ! Uca Allah, müqəddəs dinimizin, Əhlibeyt (a,s) məktəbimizin təbliğində bizə maddi və mənəvi dəstək olanların sayın çox etsin. Klipin görüntülərini iznimiz olmadan filmlərə və ya kliplərə istifadə etmək icazəli deyil. Rəsmi kanalımıza abunə olun 👇 Facebook 👇 instagram 👇 Tiktok 👇 Twitter 👇 (tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri. Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar. #SeyyidTalehBoradigahi #Zikr #Yarebmenimqelbimidindir Kanaldakı Videolar “WediaCorp Azərbaycan“ Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: “WediaCorp Azərbaycan“ Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
Back to Top