Ali Baş Komandan İlham Əliyev Hadrutda Komando Birləşməsinin döyüş bayrağını təqdim etdi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Hadrutda hərbi hissənin Komando Birləşməsinin döyüş bayrağının verilməsi haqqında təqdimatı oxunub. Təqdimatda deyilir: “Əsgəri şərəf, şücaət və şöhrət rəmzi kimi hərbi hissənin hər bir hərbi qulluqçusuna Vətənə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, qoşunlara həvalə olunmuş xidməti döyüş tapşırıqlarını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçün təqdim olunur. &
Back to Top