Rusiya Türkiyə ilə razılaşmanı pozdu - BAKU TV

Rusiya Türkiyə ilə razılaşmanı pozdu - BAKU TV Aktual xəbərlərimiz Rusiya Odessa limanına raket zərbəsi endirib. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko “Twitter“ profilindən məlumat verib. O bildirib ki, bununla da Rusiya iyul ayının 22-də İstanbulda “Taxıl daşınması sazişi”nin imzalanmasından 24 saat belə keçmədən verdiyi vədləri və BMT ilə Türkiyə qarşısında götürdüyü öhdəlikləri pozub. Dövlət rəsmisi əlavə edib ki, qlobal ərzaq böhranına görə tam məsuliyyət Rusiyanın üzərinə düşür. Moskvanın Odessa limanını bombalaması başda BMT olmaqla, bir çox beynəlxalq təşkilatları narahat edib. Təşkilatın Baş katibi Antonio Quterreş Rusiyanın Odessa limanına raket hücumunu pisləyib. O bəyan edib ki, hücumdan bir gün əvvəl İstanbulda bütün tərəflər Ukrayna taxılının təhlükəsiz ixracını təmin etmək üçün dünya səhnəsində öhdəlik götürüb. Çünki bu məhsullar qlobal ərzaq böhranını həll etmək və dünyada köməyə ehtiyacı olan milyonlarla insanın əzabını yüngülləşdirmək üçün vacibdir. Ona görə də Rusiyanın Ukrayna və Türkiyənin öhdəliklərinə tam əməl etməsi mütləqdir. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV Rusiya Türkiyə ilə razılaşmanı pozdu #bakutv #Rusiya #Turkiye #razılasmapozuldu #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top