Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirlərinin görüşü keçirilib

Dekabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab Cuanşer Burçuladzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdən əvvəl Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. Gürcüstanın Müdafiə naziri fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Görüşdə qonaqları salamlayan general-polkovnik Zakir Həsənov birgə əməkdaşlığımızın yüksək səviyyədə olduğunu qeyd edərək, bunun ölkələrimizin inkişafı ilə yanaşı bütün regionda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynadığını xüsusi vurğulayıb. Birgə təlimlərin əhəmiyyətini qeyd edən nazir Gürcüstanda keçirilən “Eternity-2021” kompüter dəstəkli üçtərəfli birgə komanda-qərargah təliminin ölkələrimiz arasında dostluğun və sarsılmaz əməkdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Müdafiə naziri həmkarına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilm
Back to Top