30 il sonra arzuları gerçəkləşdi - BAKU TV

30 il sonra arzuları gerçəkləşdi - BAKU TV Aktual xəbərlərimiz Böyük qayıdışın birinci mərhələsi üzrə 10 ailə artıq Zəngilan rayonunun Ağalı kəndinə köçürülüb. Baku TV-nin əməkdaşı 30 il sonra arzuları gerçəkləşən sakinlərə təqdim edilən mənzillərdə onlar üçün yaradılmış şəraitlə tanış olub. İllər sonra öz yurdlarına ayaq basan Ağalı sakinləri ilk təəəssüratlarını da bölüşüb. “Biz 30 ili Bakıda yaşamamışdıq, həyatımız donmuşdu, bundan sonra davam edəcək”, - deyə sakinlərdən biri deyib. Azərbaycanda ilk dəfə “Ağıllı kənd” konsepsiyası əsasında qurulan Ağalı kəndində evlər su enerjisindən istifadə etməklə qızdırılır, Günəş enerjisi vasitəsilə isə işıqlandırılır. Bu da qardaş Türkiyənin şirkətlərindən birinin “Arximed” layihəsi əsaında qurulub. Ağıllı kəndin digər üstünlüyü isə dövlət xidmətlərindən rayon mərkəzinə getmədən istifadədir. Kənd meydanındakı Dövlət Xidmətləri Mərkəzində vətəndaş onlayn müraciətlə işini həll edə biləcək. Sosial şəbəkələrimiz © 2022 © All Rights Reserved ℗ Baku TV 30 il sonra arzuları gerçəkləşdi #bakutv #30il #arzular #agalikendi #xeberler #news #bakutvxeber #bakutv #bakutvnews #xəbərlər
Back to Top