Qaraba yollarnda (1968-ci il)

Film Qarabağın əsrarəngiz təbiətindən, bu diyarın adamlarından, Bərdə, Şuşa, Xankəndi və Əsgəranın tarixi qala və abidələrindən danışır. Qarabağı musiqisiz, musiqini isə Qarabağsız təsəvvür etmək çətindir. Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Qurban Pirimovun adları kimə tanış deyil?! Xan qızı Natəvan, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəyov və müğənni Bülbül də bu səfalı dağların övladıdır. Ekranda diktorun səsi eşidilir: “Qarabağa əlvida demək çətindir; çünki Qarabağdan ayrılmaq mümkün deyil; çünki Qarabağ həmişə ürəklərdədir, onun füsunkar təbiəti, zəngin tarixi, möhtəşəm bu günü bizimdir“. Filmin rus versiyası “Qarabağa səyahət” kimi tərcümə olunur. Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Məmməd Mərdanov Operator: Əlibala Ələkbərov İstehsalçı: Azərbaycanfilm Janr: etnoqrafik, musiqili
Back to Top