Film görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuşdur.
Kinolentdə nəğməkar şairənin poetik yaradıcılığı ilə yanaşı nəinki Azərbaycanda, eləcə də bütün Şərq ölkələrində böyük şöhrət qazanmış əlvan naxışlı əl işləri, zərif butalı tikişləri, rəsmləri, fransız yazıçısı Aleksandr Dümanın ona bağışladığı fil sümüyündən şahmat fiqurları, dağlardan və sıldırım qayalardan Şuşaya çəkdirdiyi Xan qızı bulağı öz əksini tapmışdır.
Film üzərində işləyənlər
Rejissor: Xamiz Muradov
Ssenari müəllifi: Məmməd Araz
Operator: Vladimir Konyagin
Səs operatoru: Şamil Kərimov