Mən həmişə demişəm, yenə deyirəm ki, mən Azərbaycanlı olduğum üçün utanıram! Fevralın 7-sində Prezident seçkilərinə getdim, məni buraxmadılar seçkilərə. Səsimi oğurlayanlara, səsimi də, haqqımı da halal etmirəm! İlham Əliyev növbəti dəfə qanunsuz olaraq Prezident seçildi deyə küçələrdə canfəşanlıq edənlər, sabah Əhməd kimi Manyak-Qatillərin gəlib onların Ailə Üzvlərini öldürdüyü və Daxili İşlər Nazirliyinin qaynar xətti olan 102-yə müraciətlərinə baxılmadığı zaman, həmin şəxslər yenə də İlham Əliyev üçün canfəşanlıq edəcəklər? Düşünürəm ki, bəli, edəcəklər! Çünki mən bu xalq arasında elələrini gördüm ki, Şəxsiyyət sözünün heç “Ş“-sindən belə xəbərləri yoxdur! Bu vəziyyət mənə Həşşaşilər təriqətini xatırladır, orada İnsanların beyinlərini həşşaş ilə silirdilər. Hər şeyi unudan İnsanlar artıq canlı oyuncaqlara çevrilir, öldürür və ölümə gedirdilər və bunu şüurlu bir şəkildə edirdilər və bunu Şərəfli bir şey zənn edirdilər. Çox təəsüf ki, bu gün mənim xalqımın arasında belə manqurtlar çoxluq təşkil edir! İndi bu videoya görə, bəzi manqurtlar məni qınayacaqlar, məni “Vətən xaini“, “Xalq düşməni“, “Erməni agenti“ kimi adlar ilə boykot edəcəklər, amma bu mənim heç vecimə belə deyil!
Videoya baxdıqdan sonra, orada olan həqiqətlər, Daxili İşlər Nazirliyinin və Nazirin özünün özbaşınalığı, Polis özbaşınalığı və rüşvətxorluğu, məsuliyyətsizliyi və YAP-çıların sevimlisi İlham Əliyevin bütün bunlara göz yumması və onları müdafiə etməsi, mənə pis təsir etdi. İlham Əliyev məmur özbaşınalığından danışır, amma özbaşınalıq edən məmuru daha da yüksək vəzifələrə qaldırır! Burada bir məntiq xətası var, ya da ki, bu absurd siyasətdən başqa bir şey deyil!
Videoya heç bir müdaxilə etmədən, olduğu kimi paylaşıram və videoda ünvanlı olaraq deyilən və etik olmayan sözlərə görə heç bir məsuliyyət daşımıram! Onlar bu sözlərə layiqdirlər!
#shahinelected #ilhaməliyev #daxiliişlərnazirliyi #azərbaycan #polis #azərbaycanpolisi #cinayət #qətl #qatil #prezident