Seyyid Taleh - Mən Ağlıram, Balam Gülür - Əli Əsgər Mərsiyyəsi - 3D animasiya
Seyyid Taleh Boradigahinin yeni mərsiyyəsi “Mən Ağlıram, Balam Gülür“ “Əli Əsgər Mərsiyyəsi“ YouTube’da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
Söz : Ustad Kəlami
Mus : Ustad Hacı Nasir Məddah
Aranjiman : Fəriborz Xatəmi
Sözləri ⬇️
İlahi, şahid ol özün, mən ağlıram balam gülür
Yavaş-yavaş yumur gözün, mən ağlıram balam gülür
Atıbdı Hərmələ oxun, kamanı saldı çiyninə
Əlimdə bənzədi balam, yaralı bir göyərçinə
Salar ölüncə bu yara Rubabi qəm kəməndinə
Anası öldürür özün, mən ağlıram balam gülür
Çəkib anası altı ay, bu nazidanə nazını
Gətirdi Kərbəlaya ta, ala öz imtiyazını
Necə açar qəmatini, necə öpər boğazını
Desəm çətindir ox sözün, mən ağlıram balam gülür
Mən oğlumu gətirmişəm, nigarıma fəda edəm
Gərək əzizimin qanın, göyə səpəm dua edəm
Ki ta tamami aləmi, bu eşqə aşina edəm
Deyəm bəlalara dözün, mən ağlıram balam gülür
Nə su veribdi Hərmələ, nə də tərəhhüm eylədi
Çəməndə bağibanilən gülü təcəssüm eylədi
Eşitdi Fatimə səsin, balam təbəssüm eylədi
Behiştə döndərib üzün, mən ağlıram balam gülür
Mən ağlıram bu illətə, anası müntəzir qalıb
Balam gülür buna görə, behiştdən ətrini alıb
Hərəm quşu qanad çalıb, qolunu boynuma salıb
Görübdür eşq möcüzün, mən ağlıram balam gülür
Kəlami tikmədi gözün, cahanda şer ümidinə
Balası getdi yaralı, şehidi eşq dininə
Özü gözünü bağladı, kəfən biçib Səidinə
Dedi balamdan əl üzün, mən ağlıram balam gülür
Rəsmi kanalımıza abunə olun 👇
Facebook 👇
instagram 👇
Tiktok 👇
Twitter 👇
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #Menaglirambalamgulur #EliEsgerMersiyyesi
Kanaldakı Videolar “WediaCorp Azərbaycan“ Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: “WediaCorp Azərbaycan“ Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
1 view
4108
1537
2 months ago 00:03:15 1
Seyyid Taleh - Kərbəla Həsrəti
3 months ago 00:11:00 1
Ali Jan E Jahan | New Nohay 2024 | Farhan Ali Waris | Mola Ali
3 months ago 01:02:33 1
Seyyid Taleh - Xanım Rüqəyyə Əza Məclisi / 2024 Boradigah kəndi
3 months ago 00:03:47 1
Seyyid Peyman ft Seyyid Taleh - Cavan Dağı (Official Video)
3 months ago 00:05:22 1
Seyyid Taleh Boradigahi - Allahin Hebibi - yeni negme 2019
3 months ago 00:03:02 1
Seyyid Fariq - Eshq (Official Video) 2020
3 months ago 00:03:51 1
Seyyid Taleh Boradigahi - Severem seni | Yeni 2020
3 months ago 00:00:17 1
YA HÜSEYN / HUSEYN
3 months ago 00:05:33 1
Seyyid Taleh - Kərbəla Qibləyi Eşqimdir Mənim / 2024
3 months ago 00:03:55 1
Seyyid Taleh - Gəlirəm Ya Hüseyn (Ərbəin 2024)
4 months ago 00:03:13 1
Seyyid Taleh - insanin üreyi gözel olanda
4 months ago 00:04:35 1
Seyyid Taleh Boradigahi - Ey sevgili - Ya Habibi - 2019 HD (Official Video)
4 months ago 00:04:54 1
Seyyid Taleh - Ay Mənim Bəxt Ulduzum
4 months ago 00:05:48 1
Seyyid Taleh - Hüseynim Vay
4 months ago 00:04:42 1
Seyyid Fariq - Şəhidi Din Ərbəin Mərsiyəsi (Official Video)