Cincilim kətəsi, qulançar göndər! - Səadət Buta

Yenə həsrətindən yandım, a dağlar, Quzeydən bir ovuc mənə qar göndər ! Quzuqulaq şorbası, yarpız dovğası, Cincilim kətəsi, qulançar göndər! Getmir qulağımdan qartalın səsi, Göllərin üzündə qaya kölgəsi. İçəndə könlümün artır həvəsi, Soyuq bulaqların suyu-bal göndər. Yadıma düşübdü Qırxqız yaylağı, Şuşa, Cıdır düzü, İsa bulağı. Yaramın üstünə bağayarpağı, Saçımı yumağa yığ, lilpar göndər! Qoyun pendirilə təndir lavaşı, Yarmanın xaşılı, əriştə aşı. Ağzının dadını nə bil&
Back to Top