Zəlimxan Yaqub - Gedirəm bir qəlbi sevindirməyə / Bağman Salmanov #zelimxanyaqub

Söz: - Zəlimxan Yaqub Səsləndirdi - Bağman Salmanov GEDİRƏM BİR QƏLBİ SEVİNDİRMƏYƏ İçimdə işıq var, ulduz var, Ay var, Ruhumda çağlayan bir dəli çay var. Könlümdə Allahın verdiyi pay var, Gedirəm bir qəlbi sevindirməyə. Nə həsrət, nə də ki, qəm aparıram, Nə də kirpiyimdə nəm aparıram. Quşam, dimdiyimdə yem aparıram, Gedirəm bir qəlbi sevindirməyə. Ay sevinc aparan, ayaqyalın qaç, Ümid gözləyənin qapısını aç. Dərdə dərman olub, ağrıya əlac, Gedirəm bir qəlbi sevindirməyə. Ucaldıb başları, uca gedirəm, Düşsəm də zəhmətə, borca, gedirəm. El
Back to Top