Eldar Mansurov — Əzizim (İfa: Flora Kərimova) | ANS TV | 2014

Flora Kərimova - “Əzizim“ (mus: Eldar Mansurov, söz: Vahid Əziz). 2014-cü ilin çəkilişi. ƏZİZİM Dağ başında qar üstünə qar gələr, Gileylənmək zirvələrə ar gələr, Hər nə geysəm vücuduma dar gələr, Bu darlığa dözmək olmur, əzizim… Əzəl gündən dünya yalan dünyadır, Baha satan, ucuz alan dünyadır, Arzuları nakam qalan dünyadır, Dağılanı düzmək olmur, əzizim… Kaşki dünya zalımlığın ataydı, Qəlbim bir an istəyinə cataydı, Yaşamağım göz yaşıdır, haraydır, Göz yaşında üzmək olmur, əzizim… Dalğalara yalvarmaqdan bezmişəm, Hönkürm&#
Back to Top