Ramiz Rövşən - Roman #ramizrovsen

Roman Müəllif: Ramiz Rövşən Hər ömür romandır; uzun, ya qısa, Şirin sevgiləri, acı səhvləri. Sənin yaşadığın bu romanınsa, Nə çoxdu cırılan səhifələri? Burda uc-ucadır doğruyla yalan, Bəlkə, bu romanı yazan naşıdır? Bu ağ varaqlarda ləkəsi qalan, Ya dodaq boyası, ya göz yaşıdır. Çox da varaqlama bu romanı sən, Qəflətən səksənmək təhlükəsi var. Hansı varaqdasa bir də görərsən, Hələ qurumayan qan ləkəsi var. Bu kimin qanıdır? Bu nə qandır? Nə? Kimin qatilisən? Kimin cəlladı? Batır barmağını, bir vur dilinə, Gör tanış gəlirmi bu qanın dad&
Back to Top