YENİ VİDEO: Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə və keyfiyyətlə aparılır
video: AYDAA. Bu kanalda bütün videoların şərhlərində izləyicilər yazırlar ki, niyə Ağdamda tikinti işləri ləng gedir?
Bu videonu paylaşaraq bildirmək istəyirəm ki, işlər ləng yox, lazımi mərhələlərə uyğun aparılır. Şəhərdə əvvəlki yolların arasındakı ərazilərdə evlər tikilmir. Tamamilə yeni şəhər qurulur, təzə fərqli yollar çəkilir. Ona görə də ərazinin dağıntılardan təmizlənib, yol yataqlarının hazırlanması və buna paralel olaraq kommunikasiya xətlərinin çəkilməsi prosesi sürətlə gedir. Şahidəm ki, səhər saat 8-dən qabaq iş başlayır və düz axşam gün batanadək davam edir. Yol yataqları hazır olduqdan sonra artıq yaşayış bunalarının tikintisinə start veriləcək. Bu işə iyun ayında başlanacağı gözlənilir. Yəni əgər binaların yüksəlməsi gözə görünmürsə, “iş getmir“demək düzgün deyil. Mühəndis mənə izah etdi ki, binalar tikilib sonra yol və kommunikasiya xətləri çəkilsəydi, bir yeri iki dəfə qazmaq lazım gələrdi və bu da işi çox uzadardı...
Yolları da elə enini-uzununu ölçüb torpağın üstünə asfalt örtməklə çəkmirlər. Son 2 ayda 2 dəfə saatlarca gəzib müşahidə etmişəm- əvvəlcə dağıntılar təmizlənir (sökülür və daşınır), sonra bitki örtüyü təmizlənir, torpaq qatı dərin qazılıb çıxarılır, beynəlxalq standartlara uyğun yol yatağı hazırlanır, komunikasiya xətləri hamısı bir dərin xəndəklə aparılır və s. Ciddi və sürətli iş gedir.
MƏLUMAT ÜÇÜN:
Ağdam şəhərinin Baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometrdir. Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq, hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada zolağının eni isə 4-6 metr təşkil edir. Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu isə 122,2 kilometr olacaq. İndi tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu hissədə tikinti sahəsinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma, torpaq yatağı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir.
Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
4 views
3
1
2 months ago 00:32:31 1
ГОРЯЧАЯ ДЕСЯТКА НОВИНКИ ОСЕНИ
2 months ago 00:03:10 1
Nihat Melik - Hokmdar 2024 (Yeni Klip) 4K
2 months ago 00:02:15 1
Ebru Yaşar & Siyam - Yoksun
2 months ago 02:20:44 1
Eminem, Rihanna, 50 Cent, Bones, Night Lovell, Miyagi | Самые популярные песни 2024 года
2 months ago 00:04:34 1
Suat Suna - Yalan Değil feat. Deniz Seki & İskender Paydaş
2 months ago 00:03:33 1
Suat Suna feat. Fatma Turgut - Aramızda Uçurumlar
2 months ago 00:10:33 1
Türkçe Konuşma Pratiği 42 - Türkçe Öğreniyoruz | Günlük Konuşmalar ve Ba
2 months ago 00:17:45 1
Avrupa’da ordular savaş durumunda nasıl birleşecek?
2 months ago 00:35:22 1
Виктория Черенцова и Артур Руденко.....Нереально красивая песня!💕
2 months ago 01:03:38 1
🇹🇷 Istanbul, Türkiye - The MOST VISITED CITY IN THE WORLD in 2024!
2 months ago 00:04:33 1
Seni Severdim - Yıldız Usmonova şar (Official Video)
2 months ago 00:17:01 1
Hasidik Yahudiler neden İsrail’i tanımıyor?
2 months ago 00:12:00 1
EL VE VÜCUT PEELİNGİ | 2 Farklı Peeling Yapımı ✨ Bebek gibi bir cilt 🤍
2 months ago 00:30:50 1
ЗАЖИГАТЕЛЬНЫЕ ПЕСНИ💃 🔥Нина РАЗУМЕЙЧИК и 🌟💃Женя БЕЛОУСОВА
2 months ago 00:23:30 10
Kumburgaz, Turkey; UFO Raw Footage: 2007 - 2008 - 2009