Xorəzm türklərinin tarixi

Xorəzmin tam türkləşməsi təxminən eramızdan əvvəl 175-ci ildən Xorazmin Kanqyunun tərkibinə girməsiylə sürətlənməyə başladı. Tədqiqatçılar Kanqyunu türkdilli boylarla əlaqələndirirlər. Eramızdan əvvəl I əsrin son üçdə birində Xorəzm Kanqyunun tərkibində batı Hunların güclü müttəfiqi kimi çıxış edirdi. Eramızın III əsrindən başlayaraq Xorəzmdə hun xalqının üzvləri qeyd olunur. Tədqiqatçılar hun dilini türk dili kimi təsnif edirlər. VI əsrdən başlayaraq Xorəzmin əsas türkdilli etnosunu türklər təşkil edirdi, çünki Xorəzm Türk xaqanlığından asılı idi. VII əsrdən Xorəzm türk dövləti - Xəzər xaqanlığı ilə sıx bağlı olmuş, əhalinin köçü prosesləri baş vermişdir. X əsrə qədər Xorəzm əhalisinin çox böyük hissəsi türkdilli idi. Böyük Xorəzm alimi-ensiklopedisti Əbu Reyhan Əl-Biruni (973-1048) “Keçmiş nəsillərin abidələri” əsərində qədim Xorəzm türkləri haqqında məlumat verir: “Onlar (Xorəzm sakinləri) öz ölkələrinə yerləşmələrinin başlanğıcından illəri hesablayırdılar. Bu İskəndərdən 980 il öncə baş vermişdi. Sonra isə Xorazmdə yerləşən və öz hakimiyyətini türklərin çarlığında yayan Keykavus oğlu Siyavuşun Xorəzmə gəlişindən və Xorəzmə köçən Keyxosrov və onun övladlarının oradakı hakimiyyətindən sonrakı illəri saymağa başladılar. Bu Xorəzmdə yerləşmədən 92 il sonra idi. Görkəmli alim Biruni əsərlərində Xorəzmin türk əhalisinin istifadə etdiyi türk aylarının və türk dərman bitkilərinin adlarını verir. Biruni təqribən 1000-ci illərdə Xorəzmdə yazdığı “Keçmiş nəsillərin abidələri” əsərində Xorəzmin türk əhalisinin işlətdiyi heyvan dövrünə görə illərin türkcə adlarını qeyd edir: siçkan, od, bəbir, tuşkabn, luy, ilan, yunt, kuy, piçin, taqiqu, tunquz. Həmin əsərdə türkcə ayların adlarını verir: Uluq-oy, kiçik-oy, birinci-oy, ikkinci-oy, uçinçi-oy, turtinçi-oy, beşinçi-oy, oltinçi-oy, yetinçi-oy, səkkizinçi-oy, tokkucinçi-oy, ununcu-oy. Bəzi arxeoloqlar Jetiasar kulturunu qədim tokarların və eftalitlərin kuturu ilə, bəziləri isə kanqyu boylarının kulturu ilə bağlayırlar. Bir çoxları Çin qaynaqlarında Yançayın idarəçisi kimi tanınıb, Kanqyu hesab edilən Orta Sırdarya- Otrar-Karatau və Kaunçin mədəniyyətlərinə yaxın arxeoloji mədəniyyətə aid edirlər. Avropa avarlarının mənşəyi ilə bağlı bir versiyaya görə, bu tayfalar öncə Aral dənizi bölgəsində yaşamış və türkutların hücumu altında qaçan uqorlar (uarlar) və xunnilərin (xionitlər) birləşməsi nəticəsində meydana gəlmişlər. Lev Qumilyov xionluları alan-sarmat tayfalarının qalıqları hesab edirdi. Xəzər və Azov arasındakı çöllərdə bu iki tayfa Aba (Abar) tayfası və ya Teofilakt Simokattanın dediyi kimi, “əsl avarlar” kimi qəbul edilirdi. Bu versiya tərfindən müdafiə edirdi. Yançayı avarlar ilə eyniləşdirmişdi. Beləliklə, bəzi tədqiqatçılar müəyyən dərəcədə Jetiasar mədəniyyətini avarların əcdadları ilə əlaqələndirirlə.İtinanın və fikrincə, qədim xorəzmlilər saka-massaget tayfalarının konfederasiyasına rəhbərlik edirdilər ki, onların ən inkişaf etmiş mərkəzləri müasir Türkmənistanın Mərv və Tecen oazisləri ərazisində yerləşirdi. İ. yazdığına görə, eramızdan əvvəl VIII əsrdə Türkmənistanın Tecen vahəsi və Türkmən-Xorasan dağları bölgəsində yaşayan xorəzmlilər Amudəryanın aşağı axarlarına gəlib yerli əhali ilə qarışmışlar. Miletli Hekatey qeyd edir ki, Xorəzm adı Əhəmənilərdən əvvəlki dövrdə çəkilir. Erkən Dəmir dövründə (e.ə. VII-IV əsrlər) Amudəryanın (Türkmənistan) Sarıkamış deltası ərazisində Kuyusay mədəniyyəti yaranmışdır. Bu mədəniyyət Sakarçağ (Türkmənistanın müasir Daşoğuz vilayəti) sako-massaget ənənələri ilə təmsil olunan və Orta Asiyanın güney mədəniyyətlərinin iştirakı ilə qədim Xorəzm mədəniyyətini yaratmışdır. Eramızdan əvvəl təxminən 8-7-ci əsrlərdə Xorəzm öz tarixinin yeni dövrünə qədəm qoydu, o zaman xorəzmilər Biruninin sözünə görə, başçılarının hakimiyyəti illərinə görə xronologiyanı hesablamağa başladılar. Bu dövrdə Xorəzm nəzərəçarpacaq dərəcədə mərkəzləşmiş qüdrətli dövlətə çevrildi, bunu e.ə. 8-6-cı əsrlərdə tikilmiş binalar və güclü suvarma strukturları sübut edir.
Back to Top