#Qəbələ #Laza #Duruca #Gabala
Rəvayətə görə əhalinin əcdadları oraya Qusar rayonunun Laza kəndindən köçmüşlər. Kəndin yaranma tarixi XVII əsrin sonu, XVIII əsrin əvvəli hesab edilir. Vaxtı ilə Qusar rayonunun Laza kəndindən aran rayonlarına qışlaqlara köç edənlər tədricən burada daimi məskunlaşmışlar. Kənddə ilk məskunlaşan tayfalar laza tayfaları olduğundan kəndin adı da Laza olmuşdur.
Laza kəndi mərkəzdən 8 km. şimal-şərqdə Dəmiraparan çayının sahilində Baş Qafqaz silsiləsinin cənub yamacındadır.