Prezident İlham Əliyev Daşkəsən rayonunda görülən işlərlə tanış olub - Baku TV

Prezident İlham Əliyev Daşkəsən rayonunda görülən işlərlə tanış olub - Baku TV Prezident İlham Əliyev Daşkəsən rayonuna səfər edib. Dövlət başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Daşkəsəndə Şəhidlər xiyabanını da ziyarət edib. Dövlət başçısı səfər çərçivəsində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Dövlət başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilib. Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib. “Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də başa çatıb. Prezident İlham Əliyev layihə üzrə görülən işlərlə tanış olub. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual
Back to Top