Baku TV-nin Ukrayna-Rusiya sərhədindən reportajı - BAKU TV

Baku TV-nin Ukrayna-Rusiya sərhədindən reportajı - BAKU TV Son vaxtlar Rusiyanın Ukrayna ilə mümkün müharibə təhlükəsi ilə bağlı informasiyalar bu günlərdə daha da çoxalıb. Xüsusilə fevralın 14-ü və 15-i üçün proqnozlaşdırılan müharibə ehtimalı nəinki iki ölkədə, hətta bütün regionda ciddi narahatlığa səbəb olub. Artıq onlarla ölkə vətəndaşlarını və diplomatlarını Ukraynadan çıxarıb. Bütün bu xəbərlər insanları bu günlərdə müharibənin olacağı təlaşına sürükləyir. Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı hazırda Ukraynanın Xarkov vilayəti istiqamətində, Rusiya ilə sərhəddəki son rayon − Derqaçovskinin kəndlərində olub. Derqaçovski sakinləri arasında keçirilən sorğuda əhali müharibənin olmayacağına inandığını deyib. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və rus dillərində cəmiyyətə çatdırmaqdır. Pulsuz Elanlar: htt
Back to Top