Əziz həmvətənlərim! 27 yanvar 2024-cü ildə S.M. Kirov adına “Murmansk regional mədəniyyət və xalq sənəti sarayı“nda “Dostluq bayramı“ Milli Mədəni Festivalı keçirililmişdir!
Murmansk Vilayəti İctimai Təşkilatı “Azərbaycan Mədəniyyət Mərkəzi“nin sədr müavini - Fəyyazlı Mehdi Afiq oğlu və Azərbaycan xalqının Murmansk Vilayəti üzrə nümayəndəsi Natavan Həmzəyeva Azərbaycan Respublikasının tarixi yerləri, eləcə də milli bayramlarını özündə cəmləşdirən poster (divar qəzeti) təqdim etmişlər. Sərgi zamanı festivalın qonaqları ilə mini viktorina keçirilmiş və qaliblərə Azərbaycan mətbəxindən ləzzətli hədiyyələr təqdim olunmuşdur.
Həmçinin festivalda Fəyyazlı Mehdi Afiq oğlu çıxış edərək Azərbaycan xalqının tarixi, milli dəyərləri haqda məlumat vermiş və dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Azəri deyilik, Türk oğlu Türkük“ şeirini Azərbaycan türkcəsində səsləndirmişdir. Mehdi Fəyyazlı buna görə diplom və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.