Azrbaycan gnclri qzetinin 50 illiyi (1969-cu il)

Azərbaycan gəncləri — Azərbaycan SSR-də qəzet. Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı. Həftədə üç dəfə nəşr olunmuşdur. İlk nömrəsi 27 oktyabr 1919-cu ildə “Gənc işçi“ adı ilə Bakıda Azərbaycan dilində çıxmışdır. Bakı şəhəri və onun rayonlarının Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqı Mərkəzi Komitəsi nəşr etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təqibi nəticəsində 1919-cu ilin axırlarında nəşri dayandırılmışdır. 1923-cü ilin fevralında “Gənc işçi“ adı ilə yenidən çıxmışdır. İkinci Dünya müharibəsi illərində nəşri müvəqqəti dayandırılmış, 1945-ci ilin iyulun “Azərbaycan gəncləri“ adı ilə yenidə nəşrə başlamışdır. Qəzet gənclərin partiyaya, kommunizm işinə sədaqət, sovet vətənpərvərliyi, beynəlmiləlçilik ruhunda tərbiyə edilməsinə böyük rol oynamışdır. 1976-cı ildə birdəfəlik tirajı 430 min nüsxə idi. 1931-ci ildə Azərbaycan SSR-nin “Qırmızı Bayraq“ ordeni ilə təltif edilmişdir.
Back to Top