Niyaməddin Musayev — Nəğmə Olub Gecələr

Söz: Bəxtiyar Vahabzadə Musiqi: Niyaməddin Musayev Mahnı sözləri: Nəğmə olub gecələr Sənə laylay çalaydım, Dönüb yuxun olaydım. Ayaqların altına Sərəydim gül-çiçəyi Çölü mən, çəməni mən. Nağıllar dünyasına Aparaydım səni mən. Səni hər an, hər saat Görmək üçün, sevgilim, Gecələr ay olaydım, Gündüzlər gün olaydım. Sənin gözəlliyindən Səhər-axşam həzz alan Dilsiz güzgün olaydım. Güzgün olsaydım əgər, Qəm yeməzdim yenə mən; Səni, öz diləyimcə Göstərərdim sənə mən. Etiketl<
Back to Top