8 mart - Beynəlxalq Qadınlar günü

Bugün tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlərinin formalaşmasında, müqəddəs vətənimizin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizin doğma yurda sonsuz məhəbbət ruhunun aşılanmasında, Azərbaycanımızın ümumi tərəqqisində müstəsna rol oynayan, Vətəninə, xalqına, dövlətinə sadiq olaraq öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirən, yeri gələndə qılınca qurşanaraq öz həyat yoldaşları ilə birlikdə çiyin-çiyinə müqəddəs torpaqlarımızın müdafiəsinə qalxan Azərbaycan qadınının günüdür. ASAN Könüllüləri olaraq bütün şəhid analarını, şəhid hərbi qulluqçuların vəfalı ömür-gün yoldaşlarını 8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edir, onlara səbr, təmkin və dözüm arzulayırıq! #AKT #ASANKönüllüləri #ASANVolunteers #8Mart #8March
Back to Top