Zenfira İbrahimova & Eldeniz Memmedov - Olurem Sensiz 2022 (Yeni Klip)

Kanala Abunə Olun: Zenfira İbrahimova & Eldəniz Məmmədov - Ölürəm Sənsiz Söz: Elçin Qəmbərov Mus: Ruslan Səfəroğlu Rejissor: Xəyal Hüseyn PR Menecer: Nadir Kərimov “Ölürəm Sənsiz“ Sözləri Vaxtında qədrimi bilməyən insan Fəryatına mənə dön edirsən tələb Bu eşqdə günahkar məni görürsən Amma ayrılığa sən oldun səbəb Bağışla deyirəm deyirsən olmaz Deyirsən vurduğun yara sağalmaz Uca Allah belə bağışlayandı Səndə bağışlasan dünya dağılmaz İmdad diləkmi gözümə bağma Yanan ürəyimi yandırıb yaxma Sevmirəm silmişəm daha mən səni Unut məni birdə yoluma çıxma Xəbərin yox sənin ölürəm sənsiz Gecələr çılğına dönürəm sənsiz Qaranlıq otaqda yanan şam kimi Aram aram yanıb sönürəm sənsiz İçim qan ağlayır dözürəm sənsiz Qəlbimə daş basıb gəzirəm sənsiz Qürür imkan vermir bağışlamağa Özüm öz canımdan bezirəm sənsiz Deyəsən dərdindən dəli olmuşam Güzgüdə əksimə gülürəm sənsiz Kölgəmi sən bilib adımlayıram Görüş yerimizə gəlirəm sənsiz İmdad diləkmi gözümə bağma Yanan ürəyimi yandırıb yaxma Sevmirəm silmişəm daha mən səni Unut məni birdə yoluma çıxma Xəbərin yox sənin ölürəm sənsiz Gecələr çılğına dönürəm sənsiz Qaranlıq otaqda yanan şam kimi Aram aram yanıb sönürəm sənsiz Hörmətli izləyicilər Media Show rəsmi kanalına xoş gəlmisiniz. DİQQƏT! Kanalda izini alınmış videolar paylaşılır. Kopyalamaq qəti qadağandır! Bu kanal rəsmi olduğu üçün müğənniyə məxsus olan bütün mahnı, klip və videoların müəllif hüquqları kanalımız tərəfindən qorunur. #Zenfiraİbrahimova #EldenizMemmedov #OluremSensiz
Back to Top