Bəxtiyar Vahabzadə - Nağıl həyat
Anam olsan belə, ay anam, xeyli,
Səndən gileyliyəm, səndən gileyli...
Sən duymaq, düşünmək öyrətdin mənə,
Duyub-düşünməkdən azad olaydım.
Danışmaq öyrətdin sən öz körpənə
Nola, mən anadan lal doğulaydım.
Dilini bir ilə öyrəndim... nahaq!..
Öz dilim özümə kəsilib yağı.
Bütün ömrüm boyu çalışdım, ancaq
Öyrənə bilmədim danışmamağı...
Başıma bəladır mənim öz dilim,
Dənizəm, üzümə durub sahilim.
Yerimək öyrətdin tutub əlimdən,
Dolaşdım aranı, dolaşdım dağı.
Balana yerimək öyrədincə sən,
Gərək öyrədəydin yıxılmamağı...
Fikirlər yığılır beynimdə qat-qat,
Cavablar qorxulu, suallar-yasaq.
Həyatı qanana ögeydir həyat,
Onu qanmayana doğmadır ancaq.
Məni incidirlər bəzən qəsd ilə,
Ertəsi hər şeyi unuduram mən.
Girəvə düşəndə zalimə belə
Zülm edib, kam almaq gəlmir əlimdən.
Ana, quduzlaşır həyat, ilbəil,
Dalayır puç olan ümidlərimi.
Niyə isti deyil, mehriban deyil
Bu amansız həyat qucağın kimi?..
Hardasan, ay ana, bir gəl, mən yenə
Bəlalı başımı qoyum dizinə.
Mənə nağıl danış, dayansın anlar,
Görüm, nağıldakı o qəhrəmanlar
Cütbaşlı divləri nə təhər yıxır,
Nə təhər gizlənib, tilsimdən çıxır.
Bir danış, hardadır, görüm səadət?
Bizim yurdumuza o niyə gəlməz?
Danış, danış görüm, Məlik Məhəmməd
Zülmətdən işığa necə çıxdı bəs?
Danışma, ay anam, danışma, kiri,
Beynimə batmayır bu əfsanələr.
Divlər görmüşəm ki, nağıl divləri,
Onların yanında toyuğa bənzər.
Nadanlar görmüşəm, öz yolundakı
Dikə eniş deyir, düzə dik deyir.
Tülkülər görmüşəm, öz qolundakı
Dəmir zəncirlərə bilərzik deyir.
Atasını söyən, yada baş əyən
Rəhbərlər görmuşəm, qəddar, amansız.
Tikana gül deyən, gülə kol deyən
Qarılar görmüşəm dinsiz, imansız.
Quldurlar görmüşəm, özgə yer deyil,
Yurdunu talayıb, asudə yatmış.
Tacirlər görmüşəm, simuzər deyil,
“Malades“ sözünə Vətəni satmış.
Dünyanı biləndən, duyandan bəri
Mənim gözlərimdən düşüb həyat da.
Nağılda gördüyüm qorxunc şeyləri,
Həyatda görmüşəm, anam, həyatda.
1 view
53
6
4 months ago 00:09:40 1
Niyaməddin Musayev – Gecələr (Segah)
4 months ago 00:00:57 1
“Başqa millətlərə burda iş var amma Azərbaycan xalqının oğullarına yoxdur“ Bəxtiyar Vahabzadə
4 months ago 00:03:56 1
Bu ayrılıq nədən oldu - Rübabə Muradova
4 months ago 00:02:44 2
Servet Esed - Neden Oldu 2024 (Yeni Klip) 4K
4 months ago 00:00:11 1
Bəxtiyar Vahabzadə
4 months ago 00:07:02 1
Ellerini cekib menden Azərbaycan musiqisi Türkiyəli dinləyiciləri ağladır
5 months ago 00:00:41 1
Bəxtiyar Vahabzadə “Bu Necə Dünyadır“
5 months ago 00:02:22 1
Bəxtiyar Vahabzadə - Aclardan toxlara. səs : Doktor Rövşən
5 months ago 00:01:06 1
Bəxtiyar Vahabzadə Şeir-Vicdan
5 months ago 00:04:05 1
Bəxtiyar Vahabzadə : Nağıl-Həyat
5 months ago 00:05:32 1
Yaşıdlarım. Şeir: Bəxtiyar Vahabzadə Səs: Xalq artisti Eldost Bayram