Şəhid Nəvvab Səfəvi

Rəhman və Rəhim olan Allahın adı ilə. Ey dünyadakı müsəlman qardaşlar, Allahın, Muhəmməd və Ali Məhəmmədin (s) sabitqədəm dostları! Dünya bizdən üz çevirdi və axirət bizə üz tutdu. Ömrümüzdən keçən fani olan dünya idi. Bizə üz tutan, tələsərək getdiyimiz isə axirətdir. Çalışın ki, bu fani keçmişin yox, qəti gələcəyin övladı olun. Özünüzü o əbədi saraya hazırlayın. Aman azuqənin azlığı və səfərin uzunluğundan! Müqədəs vücudu Allah eşqi və İlahi mərifətlə dolu bir dünya olan Əmirəlmöminin (ə) şəxsiyyətini azca dərk etmək üçün bir dünya mərifət lazımdır. Dünya əziz əmoğlusundan (s) sonra onun kimisini görmədi və görməyəcək. Azuqənin azlığı və yolun uzunluğundan nalə çəkirdi. Oyanın bu dovşan yuxusundan! Dünyanın sınaq oyununa aldanıb çirkaba batmaqdan çəkinin. Böyük Peyğəmbərlərin, Muhəmməd və ali Muhəmmədin (s) yolu ilə Allaha və axirət dünyasına doğru çalışan möhkəm dəlilləri, Allahın pak ayələrini, dünyanın nurlu həqiqətlərini unutmayın. Ey kaş Allah istəməsin ki, mən və siz zərərə düşənlərdən, qiyamətin bədb
Back to Top