İlham Əliyev tarixi ədalətsizliyin üzərindən birdəfəlik xətt çəkdi - Baku TV

İlham Əliyev tarixi ədalətsizliyin üzərindən birdəfəlik xətt çəkdi - Baku TV Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun da daxil olduğu “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında“ fərmanını iyulun 7-də imzalaması heç də təsadüfi deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti anlayışının 98 il öncə məhz bu tarixdə yaradılması fonunda dövlət başçısı sözügedən sənədlə tarixi ədalətsizliyin üzərindən birdəfəlik xətt çəkdi, bütün dünyaya Qarabağa hansısa statusun verilməyəcəyi mesajını ötürdü. Prezident İlham Əliyev hər zaman müxtəlif beynəlxalq tribunalardan Azərbaycanın haqlı mövqeyini müdafiə, Ermənistanın işğalçılıq mahiyyətini, terrorçu dövlət olduğunu konkret faktlarla ifşa edərək düşmənə tarix dərsi keçib. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət başçısının səlis, tutarlı faktlarla Ermənistan Baş naziri Nikol Paşinyanı mat vəziyyətinə salması, “Dağlıq Qarabağ” termininin necə dövriyyəyə buraxılması gerçəkliyini ortaya qoyması isə tarixi dərslərin kuliminasiya nöqtəsid
Back to Top