Uzun illər sonra Şuşanın məşhur qala çörəyinin ətri yayıldı - Baku TV

Uzun illər sonra Şuşanın məşhur qala çörəyinin ətri yayıldı - Baku TV İşğaldan azad olunan ərazilərimizə yeni həyat gəlir. Şuşada fəaliyyətə başlayan müəssisələrdən biri də çörək sexidir. Çörək sexində bişirilən Qala çörəyinin şöhrəti isə bütün qarabağlılara məlumdur. Sexin rəhbəri özü də şuşalı olan Qəzənfər Dadaşov deyir ki, ermənilər Şuşanı işğal etməzdən öncə də burada sexi olub. Sexin gündəlik istehsal gücü 5 tona yaxındır. Müəssisənin rəhbəri deyir ki, bu göstərici 10-15 tona çatdırıla bilər. Burada çörəklər tələbata uyğun hazırlanır, bir çörək də olsun artıq qalmır. Sexdə hərbçilərimiz üçün xüsusi çörək bişirilir. Bu gün Şuşaya üz tutan hər kəs Qala çörəyindən dadmamış getmir, hətta alıb, evinə aparanlar da var. Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır. ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edi
Back to Top