Nə yaxşı ki, dünyada Səməd Vurğun var (1976)

12 Film Səməd Vurğunun anadan olmasının 70 illiyinə həsr edilib. Film poetik formada şairin həyat və yaradıcılığından söhbət açır. Film şairin qələm dostlarının - Nikolay Tixonovun, Konstantin Simonovun, Rəsul Həmzətovun, Osman Sarıvəllinin, Aşıq Şəmşirin xatirələri üzərində qurulub. Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: İsmayıl Şıxlı Operator: Zaur Məhərrəmov Rəssam: Rafis İsmayılov Bəstəkar: Aqşin Əlizadə Rollarda: Əliabbas Qədirov (Vaqif), Yusif Vəliyev (Qacar), Abbas Rzayev (vəzir) Filmi səsləndirən: Səməndər Rzayev İstehsalçı: Azərbaycanfilm Texniki göstəricilər: 35 mm, 21:9
Back to Top