Ukrayna yeni Bayraktarlar aldı - BAKU TV

Ukrayna yeni Bayraktarlar aldı - BAKU TV Ukrayna - Rusiya münaqişəsinin son xəbərləri: Ukrayna yeni “Bayraktar“ pilotsuz uçuş aparatları alıb. Bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov sosial şəbəkə hesabında yazıb. “Dünən ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə uzun söhbətim oldu. Hətta təcrübəli amerikalı hərbçilər belə müdafiəçilərimizin peşəkarlığından və xalqımızın əzmkarlığından məmnundurlar. Aldığımız yardımların sayı artır. Hətta onun üçün qeyri-mümkün hesab edilənlər də kampaniyaya qoşulur. Artıq Ukraynaya yeni Bayraktarlar gəlib. Avropa bizə lazım olan müdafiəni təmin edir. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən bu gün ölkəmizi qoruyan hər kəslə fəxr edirəm”, - deyə paylaşımda bildirilib. Baku TV 2018-ci ildən xəbər kanalı kimi fəaliyyət göstərir. 2021-ci ildə NETTY tərəfindən ilin İnternet və YouTube xəbər kanalı seçilib. Baku TV -nin əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri Azərbaycan və rus dillərində cəmiyyətə çatdırmaqdır.
Back to Top