Azərbaycan Laçın yolunu bağlayır?

Rus sülhməramlıların bölgədə sülhü, yoxsa təxribatı dəstəklədiyini demək çətindir. Bir sülhməramlı kontingent ki, ermənilərin Qarabağdakı qanunsuzluqlarına göz yumur, Xankəndidəki təxribatçı mitinqə mülki geyimdə öz hərbçilərini cəlb edir, Laçın yolundan terrorçuların, silah-sursatın, minaların daşınmasına şərait yaradır, onu sülhməramlı adlandırmaq olarmı? Rus sülhməramlılara münasibət Azərbaycanda heç vaxt birmənalı olmayıb. Azərbaycan Prezidenti də dəfələrlə onların fəaliyyəti ilə bağlı neqativ məqamlara diqqət çəkib. Bütün bunlara baxmayaraq, Rusiya və Ermənistan sülhməramlıların mandatının uzadılmasını istəyir. Amma Azərbaycan Prezidenti məsələyə son nöqtəni qoydu. Dövlət başçısının Laçın yolu ilə bağlı dedikləri də açıq mesaj idi. Əməkdaşımız Nərmin Nurəddinqızının süjetində son günlər ən çox müzakirə olunan bu iki məsələnin yaxın gələcəkdəki taleyinə nəzər salınır. #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top