Azərbaycan və İran prezidentləri görüşə bilər - Baku TV

Azərbaycan və İran prezidentləri görüşə bilər - Baku TV Prezident İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında görüş keçirilə bilər. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, görüş Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində baş tuta bilər. İran Xarici İşlər Nazirliyinin rəsmisi eyni zamanda Tehran-Bakı münasibətləri ilə bağlı yaxşı xəbərlərin olacağını bildirib: “İki ölkənin əlaqələrində mətbuat tərəfindən lazımsız yerə yaradılan və istənilməyən gərginlik hər iki tərəfin ağıllı davranışı ilə geridə qaldı. Ölkələrin əlaqələri yeni mərhələyə qədəm qoyub”. O, həmçinin Baş nazirin müavini Şahin Mustafayevin İrana səfəri çərçivəsində ölkələr arasında bir çox layihə haqda müzakirələr aparıldığını vurğulayıb. XİN sözçüsü onu da qeyd edib ki, yaxın həftələrdə müxtəlif səviyyəli rəsmilərin qarşılıqlı səfərləri də nəzərdə tutulur. __
Back to Top