46 il sonra Şuşada anasının çəkildiyi filmi təkrarladı

Pianoçu Türkan Vəzir anasının 46 il öncə Şuşada çəkildiyi sənədli filmdəki kadrların eynisini təkrarlayıb. OLAY yazır ki, o bu barədə sosial media hesabında paylaşım edib. “Anamın 46 il öncəki videosunun eynisini çəkmək mənə qismət oldu. Bu anı necə gözlədiyimi bir mən, bir də Allah bilirdi. Xan qızı bulağı, Şuşa - film əslində 1976-cı ildə çəkilib, lakin “google” və “Youtube”da araşdırdığımda 1973 yazıldığı üçün mən də o tarixi qeyd etmişəm”. Bizi həm də digər sosial şəbəkə hesablarında izləyin: Sayt: İnstagram: Facebook:
Back to Top