Orxan Kamal. «Yad qızı». Bu ad 80-ci illərin oxucularına, kitabsevərlərinə yaxşı tanışdır. Çünki o illərdə həmin kitabı tapıb oxumaq hər kəsə müyəssər olmurdu. Oxucular arasında əldən-ələ gəzən bu roman o illərdə hər kəsin diqqətini cəlb etmişdi. Bu əsər o vaxtlar Azərbaycan Televiziyasında çalışan tanınmış telejurnalist Mailə Muradxanlının da diqqətindən kənarda qalmadı. Mailə xanım həmin romanı səhnələşdirdi və teatrlara təqdim etdi.
O vaxtlar Gəncə Dövlət Dram Teatrında əməkdar incəsənət xadimi Vaqif Şərifovun quruluşunda müvəfəqqiyyətlə tamaşaya qoyulan və çox böyük səhnə uğurları qazanan bu tamaşa teatrsevərlərin yaddaşında qaldı. Məşhur türk yazıçısı Orxan Kamalın bu əsəri uzun illərdən sonra Qazax Dövlət Dram Teatrının səhnəsindən yenidən tamaşaya qoyuldu. Qazax teatrında da bu əsərin rejissor həlli uğurlu oldu. Əsərin orijinalı ailə-məişət mövzusunda olmasına baxmayaraq, teatrın baş rejissoru Əhməd Əhmədovun səhnə yozumunda insani münasibətlər, cəmiyyətdəki neqativ hallar, çətin məqamda insanın insana həyan və arxa olması ön plana çəkilib. İstanbulun kasıblar məhəlləsindən çıxan və Məzhər bəyin xanımı olaraq kübar bir ailədə yeni həyata başlayan məsum bir qızın başına gələn müsibətlər və əsərin sonunda onun və həyat yoldaşı Məzhər bəyin faciəli ölümü əsərin əsas mövzusunu təşkil edir.
Tamaşada əsərin əsas qəhrəmanlarından biri olan Nazan rolunu teatrın gənc aktrisası Nazilə Məmmədova ifa edir. Başına gələn müsibətlər nəticəsində daim daxili psixoloji sarsıntılar keçirən Nazanın xarakterik xüsusiyyətlərini aktrisa tamaşaçılara inandırıcı bir şəkildə çatdıra bilir. Tamaşada Nazanın həyat yoldaşı Məzhər bəy rolunu teatrın təcrübəli və aparıcı aktyoru Saqif İsgəndərov ifa edir. Bir vəkil kimi Məzhər bəy cəmiyyətdə öz yerini tutmuş və xüsusi nüfuza malik bir məmur olmasına baxmayaraq, şəxsi həyatında tərəddüdlər içərisində qalaraq ailəsində yaranan problemləri həll edə bilmir. Nəhayət, bu onun faciəsinə səbəb olur: ailə dağılır, özü isə faciəli surətdə həlak olur. Bütün bu xüsusiyyətlər tamaşaçılara Saqif İsgəndərovun (Məzhər) ifasında təbii boyalarla çatdırılır. Tamaşadakı Həcər xanım rolunu isə teatrın aktrisası Sayalı İsmayılova canlandırır. Əsərdə yeganə oğlu olan Məzhər bəyin həyat yoldaşı Nazana göz verib işıq verməyən, addımbaşı tikanlı sözlərlə onu təhqir edən qəddar qayınana Həcər xanımın daxili aləmini aktrisa (S.İsmayılova) tamaşaçılara xarakterik ifa tərzi ilə çatdırmağa çalışır. Əsərdəki əsas sürətlərdən biri də gecə barında çalışan Jalədir. Evdən, ailəsindən uzaqlaşan, Məzhər bəylə barda tanış olan Jalə çox keçmir ki, onunla ailə həyatı qurur. İlk baxışdan bir çoxlarına əxlaqsız bar qadını təsiri bağışlayan Jalə əslində çox təmiz ürəyə malikdir, o Məzhərin oğluna öz doğma oğlu kimi münasibət bəsləyir, Məzhər bəyi isə təmiz məhəbbətlə sevir.
Bu obrazı isə teatrın gənc aktrisası Züleyxa Məmmədova ifa edir. Əsərdəki digər 2-ci dərəcəli obrazları isə teatrın aktyorları İ.Hacəliyev (Nihad bəy), M.İbrahimova (Həyat xanım), ədədov (Rza), (Naciyə), əliyev (prokuror), E.Həsənov (Haldun) və (polis rəisi) ifa edirlər. Əsərin yazılmasından uzun illər keçməsinə baxmayaraq, bu mövzu cəmiyyətimizdə bu gün də aktual olaraq qalmaqdadır. Tamaşaçı rəyinə əsaslanaraq deyə bilərik ki, tamaşanın premyerası uğurlu keçmişdir.
9 views
109
33
9 months ago 00:14:39 1
YAD EDİRİK HƏR ZAMAN KÜRDƏXANLI BAYRAMI / Ağamirzə,Elşən,Elmar,Emin / Bayramın xatirəsinə meyxana
1 year ago 01:16:41 78
Yad qızı teatr tamaşası 2-ci hissə HD
1 year ago 01:30:54 142
Yad qızı teatr tamaşası 1-ci hissə HD
1 year ago 00:23:01 1
DƏHŞƏT / Gözümün qabağında 9 yaşlı u$ağı doğrayıb itin qabağına atdılar - Mehriban Əliyeva Xocalı
3 years ago 00:00:29 46
Sətrlər də_ səndən ibarət-- on Instagram_ _Məcburi yad evə yola salırlar_ Xoşbəxt eləyirlər güya ki qızı. Sonra bayramlarda gül
4 years ago 00:04:48 3
Tomas Amiral Moody “Yad oğlu, yad qızı“ verilişində
4 years ago 00:03:22 3
Aytac Vidadiqizi - Ele darixmisam ki (official Video)
4 years ago 00:04:34 1
Азербайджанцы Кувейта. “Yad oğlu, yad qızı“ - Küveytli iş adamı Bədi Haşim Əl Əvadi