Raket və Artilleriya Qoşunlarında komanda-qərargah təlimi keçirilib

Raket və Artilleriya Qoşunlarında komanda-qərargah təlimi keçirilib 2022-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının N hərbi hissəsində komanda-qərargah təlimi keçirilib. Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar. Təlim zamanı bölmələrin cavabdehlik zonasına sızmış şərti düşmən diversiya qrupunun təxribatlarının qarşısının alınması, onların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin planlaşdırılması və idarə olunması tapşırıqları icra olunub. Bundan başqa, strateji əhəmiyyətə malik mövqelərin ələ keçirilməsində ümumqoşun bölmələrə atəş dəstəyi, eləcə də müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirilib. Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır. Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilib. ____ В ракетно-артиллерийских войсках проведены командно-штабные учения В соответствии с планом боевой подготовки на 2022 год, в Н-ской воинской части ракетно-артиллерийских войск Азербайджанской Армии были проведены командно-штабные учения. Поднятые по сигналу «Тревога» подразделения были выведены из пунктов постоянной дислокации в районы сосредоточения, заняв огневые позиции. В ходе учений были выполнены задачи по пресечению провокаций диверсионной группы условного противника, проникшей в зону ответственности подразделений, планированию и управлению деятельностью по их обезвреживанию. Кроме того, была осуществлена огневая поддержка общевойсковых подразделений при захвате стратегически важных позиций, выполнены различные учебно-боевые задачи. Основной целью учений является совершенствование деятельности штаба и взаимодействия подразделений при приведении воинской части в состояние боевой готовности, повышение умений командиров управлять подразделениями в бою и навыков оперативного принятия решений. Личный состав успешно выполнил все поставленные на учениях задачи. ____ Command-staff exercises were held in the Rocket and Artillery Troops In accordance with the combat training plan for 2022, the command-staff exercises were held in one of the military units of the Azerbaijan Army’s Rocket and Artillery Troops. According to the plan, the units were put on alert and withdrawn from the points of permanent deployment to the assembly areas and took firing positions. During the exercises, the tasks of suppressing the provocations of an imaginary enemy’s sabotage group that penetrated into the zone of responsibility of the units, as well as planning and managing activities on their neutralization were fulfilled. Moreover, fire support was provided for combined-arms units while the capture of strategically important positions, as well as various combat-training tasks were accomplished. The main objectives of the exercises are to improve the activities of the headquarters and the interoperability when bringing a military unit into a state of combat readiness, as well as to increase the abilities of commanders in managing units during the battle and their prompt decision-making skills. During the exercises, the assigned tasks were successfully fulfilled.
Back to Top