Orkhan Zeynalli ft. Röya Miri — Bir Də Gəlsəm (Rəsmi Musiqi Videosu)
Orxan Zeynallının Röya Miri ilə birgə ifa etdiyi “Bir Də Gəlsəm” treki artıq onlayndır. Bu musiqi videosu “Azercell“ və Azərbaycan Cüdo Federasiyasının #DoğruYolBudur kampaniyası çərçivəsində hazırlanmışdır. Gənclərin narkotik vasitələrdən yayınması üçün ən yaxşı üsullardan biri məhz idmandır. İnsanın həm özünə, həm də ətrafına fayda verməsini təmsil edən cüdo idman növü buna yaxşı misaldır.
Bu kampaniya ilə hər kəsi pis vərdişlərdən uzaq qalmağa, sağlam vərdişlərə yiyələnməyə çağırırıq. Çünki narkomaniya həyatınızı məhv edə, cüdo isə onu müsbətə doğru dəyişə bilər.
Odur ki vaxtında doğru yolu seçin, çünki yalnız bu zaman getdiyiniz yol sizi uçuruma aparmayacaq.
Orkhan Zeynalli-ya “YouTube“da abunə ol:
Musiqi: Clavis
Söz: Orxan Zeynallı
Prodüser: Clavis
Miks və masterinq: Shamkhal Novruzlu
Agentlik: @EndorphinBaku
Prodakşn: @artfilmbaku
Rejissor: Emil Quliyev
Operator: Məhəmməd Osman
Quruluşçu rəssam: Aytən Şirzad
Prodüser: Kənan Nadirli
Geyim rəssamı: Ləman Süleymanlı
Qrim: Sevochka Zeynalova
İşıqçı: Samsor Manqal
İsmayıl Nəsibov
İkinci rejissorlar: Nicat Muxtarov, Nicat Qulam
Fokus-puller: Asif Shiraliyev
İl: 2024
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook:
Instagram:
Genius:
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid:
Sözlər:
[Bənd 1]
Dedilər, pis yaşıdır indi, gözünüz üstündə olsun
İstəyir, hamıdan güclü, hamıdan üstün bəy olsun
Pis vərdişlər gəlir zəif insanın iyinə hər an
Bir də ayılırsan ki, ailən olub iynə, dərman
İki dostun xəyalları, o yaş belə idi
Mən də doğru yolları onun kimi kaş biləydim
İlk öpüş qədər şirin ilk dəfə dadına baxmaq
Səhv yolun cazibəsi əyə bilər daş biləyi də
Çox heyif...
Dostumda özümü görürdüm, qızlar mənə baxmırdı
Mən baxıb gözümü döyürdüm
Dostum doğru yolu seçdi: idman, döyüş və yarışlar
Mən isə iradəsizlik medalıyla özümü döyürdüm
Yumruq sıxmaq belə bu gün çətin gəlir mənə
Azıb qalmışam haramın yollarında
Bədənim yalvarır ruhuma ondan əl çəkim deyə
Son dəfə yuxuya getmək anamın qollarında
(Haradasan?)
[Nəqərat]
Mən bir də gəlsəm dünyaya
Saf gözlərinə doymaram
Səhvim oldu, denən, harada?
Gəlim bir də, qalım orada
Gəl doğru yoldan boylanaq
[Bənd 2]
Gözümün içinə bax, ana, çəkinmə məndən
Bilirəm, solub üzüm, azalıb çəkim bədəndə
Sən məni belə böyütməmişdin, üzülmə, nə olar
Çalış, görə biləsən oğlunu üzümdə, nə olar
Yadına gəlir, iki körpə dost qalırdıq evdə?
‘’Böyüyəndə kim olacaqsan?’’ sualına dalırdıq hərdən
Yenidən doğuluram deyib boğuldum öz qanımda
Hamı sevsin, istəyirdim, indi sevmir öz anam da
Əlimdən tut, bax, həmin o balaca uşağam
Qaranlıqda səni qorumaq üçün yanacaq o şamam
‘’İnanıram sənə’’ deyib sığallamağın idi qızıl anım
Mənsə inamını satıb oğurladım qızılların
Halbuki bu səhv yolu seçəndə axı özümdə idim
‘’Gözəl övladım’’ deyirdin, bəlkə, gözün dəydi
Hər şeyini aldım əlindən, bağışlamağa heç nə qalmayıb
‘’Bağışla, ana’’ deməyə belə artıq üzüm gəlmir
[Nəqərat]
Mən bir də gəlsəm dünyaya
Saf gözlərinə doymaram
Səhvim oldu, denən, harada?
Gəlim bir də, qalım orada
Gəl doğru yoldan boylanaq
Mən bir də gəlsəm dünyaya
Saf gözlərinə doymaram
Səhvim oldu, denən, harada?
Gəlim bir də, qalım orada
Gəl doğru yoldan boylanaq
Orkhan Zeynalli tərəfindən Röya Mirinin iştirakı ilə ifa olunan “Bir Də Gəlsəm” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2024
Etiketlər:
#OrkhanZeynalli #BirDəGəlsəm #mikpro