Guney Azerbaycan (Iran Azerbaycan)- Ana dilim, turk dili

She is sorry for Iranian Turks who prefer to speak farsi instead of their own mother tongue, Azerbaijani Turkish!!! Poem: Bəxtiyar Vahabzadə “Ana dili“ Dil açanda ilk dəfə «ana» söyləyirik biz, «Ana dili» adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südüylə İçirir ruhumuza bu dildə gilə-gilə. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır, Bu dil bir-birimizlə əhdi-peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi, Bu dil əcdadımızın bizə miras verdiyi Qiymətli xəzinə gözlərimiz tək Qoruyub, nəsillərə biz də hədiyyə verək. Bizim uca dağların sonsuz əzəmətindən, Yatağına sığmayan çayların hiddətindən, Bu torpaqdan, bu yerdən, Elin bağrından qopan yanıqlı nəğmələrdən, Güllərin rənglərindən, çiçəklərin iyindən, Mil düzünün, Muğanın sonsuz genişliyindən, Ağsaçlı babaların əqlindən, kamalından, Düşmən üstünə cuman o Qıratın nalından Qopan səsdən yarandın. Sən xalqımın aldığı ilk nəfəsdən yarandın. Ana dilim, səndədir xalqın əqli, hikməti, Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti, Ey dilim, qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır, Səndə neçə min illik mənim mədəniyyətim, Şan- şöhrətim saxlanır. Mənim adım-sanımsan, Namusum, vicdanımsan! Bu dil tanıtmış bizə bu dünyada hər şeyi, Bu dil əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiz tək Qoruyub, nəsillərə biz də hədiyyə verək! Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar, Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, Ancaq Vətən çörəyi, Sizlərə qənim olsun!
Back to Top