İlham Əliyev yaddaşlara necə həkk olunur?
20 ildən çoxdur Azərbaycanı idarə edən, hakimiyyəti atasından təhvil alan İlham Əliyev əslində ölkəni necə idarə edir?
Hakimiyyətin əlaltı mediasının tərif etdiyi Əliyev beynəlxalq təşkilatların hesabatlarında avtoritar lider kimi tanınır, tənqidçiləri isə onu diktatura qurmaqda ittiham edir. İlham Əliyev kimdir?
İlham Heydər oğlu Əliyev 24 dekabr 1961-ci ildə anadan olub. Ali təhsilini Moskvada başa vuran gənc İlhamın hətta 5 il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim kimi fəalliyyət göstərdiyi bildirilir. Lakin Əliyevin Azərbaycana qayıtmamışdan əvvəlki tarixçəsi dumanlı olaraq qalır, onun əslində haralarda işləməsinə dair sübut tapmaq mümkün deyil. Onun tarixçəsində qeyd edilir ki, 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bu tarix də Qarabağ müharibəsi dövrünə təsadüf edir. Bu, həm də ölkə prezidentinin müharibədən yayındığı və həmin dövrdə Türkiyədə dəri alveri ilə məşğul olduğu ittihamlarını ortaya çıxarmışdı.
1993-cü ildə gənc İlhamın atası Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə qohumların və yaxınların vəzifə tutma halları artır. Eləcə də eks dövlət başçısının oğlu İlham 1994-cü ildə Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilir. Cəmi 1 il sonra Milli Məclisin deputatı olan indiki ölkə başçısı Baş nazir vəzifəsinə qədər yüksəlir.
2003-cü il…
Eks-prezident Heydər Əliyevin ABŞ-da kliniki ölüm dövrü, 20 il keçməsinə baxmayaq, ölkədə hələ də şübhəli tarix kimi müzakirə edilir. Onun əslində nə zaman ölməsi, İlham Əliyevi son anda Baş nazir təyin etməsi, daha sonra hakimiyyəti bir neçə ayda indiki prezidentə ötürməsi Əliyevlərin müxalifləri tərəfindən daimi tənqid hədəfi olub.
Seçkilər ərəfəsində küçələrə çıxan on minlərlə müxalifətçi polis zorakılığına, polis idarələrində ağır işgəncələrə məruz qalır. Ölənlərin və ömürlük əlil qalanların olduğu hesabatlarda qeyd edilib.
Müxalifət üçün səs-küylü, Əliyevlər üçün isə rahat keçən hakimiyyətin ötürülməsi nəticəsində İlham Əliyev 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayır.
Əliyevin 20 ili yaddaşlarda necə qaldı?
Azərbaycan həbsxanalarında hal-hazırda 200-dən çox siyasi məhbusun olduğu bildirilir. Bu, ölkə ictimaiyyəti üçün yeni xəbər deyil. İlham Əliyevin 20 illik hakimiyyəti dövrü müxalifləri üçün həm psixoloji, həm fiziki təzyiqlərlə yadda qalıb. Beynəlxalq hüquq müdafiə təşkilatlarının bəyanatlarında ölkənin adı tez-tez hallanmaqla yanaşı, Azərbaycanın demokratiya xalının da hər keçən gün geriyə getməsini müşahidə edirik.
Azərbaycanda azad medianın boğulması prosesini son həftələr intensiv şəkildə müşahidə edilir. Əliyevin idarəçiliyi dövründə onun haqqında tənqidi yazılar yazan jurnalistin şübhəli qətlindən tutmuş, onlarla media nümayəndəsinin həbsə atıldığını şahidi olmuşuq. Bəs araşdırmaçı jurnalistlər əslində bizə nəyi demək istəyir?Təkcə 2016-cı ildə dünya tarixində ən böyük məlumat sızıntısı hesab edilən jurnalist araşdırması - Panama papers. Digər böyük araşdırmaları layihələrində olduğu kimi Əliyevin qızlarının adı da bu sızıntılarda hallanır. Ümumiyyətlə ölkə başçısının ailə üzvlərinin adı beynəlxalq jurnalist araşdırmalarında, eləcə də yerli jurnalistlərin korrupsiya hesabatlarında ön sıralarda yerini tutur. Əliyevlər ailəsi dünyada Londondan Dubaya onlarla mülkün, Panamadan Maltaya qədər pulyuma mexanizmlərinin sahibi kimi məşhurlaşıb. 2013-cü il prezident seçkilərinin debatında müxalifət lideri Cəmil Həsənli İlham Əliyevin qızlarının ölkədən 40 milyarddan artıq pul çıxardığını bildirmişdi.
Kanala abunə ol -
Bizə maddi dəstək ol
WebSite:
Facebook:
Twitter:
Google MeydanTelevision/posts
İnstagram:
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : 4915777662277
1 view
5665
1884
12 months ago 00:04:25 1
Abbas Bağırov — Бакинский Шансон
12 months ago 00:00:25 1
Президент Ильхам Алиев встретился в Ватикане с Папой Франциском
12 months ago 00:29:01 1
Nagorno-Karabakh: la vittoria dell’Azerbaigian, la svolta dell’Armenia e la partitaTurchia-Russia
12 months ago 00:10:13 7
Ильхам Алиев и Эрдоган послали важный месседж Армении из Нахчывана. Новости 25 сентября
12 months ago 00:08:37 1
Президент Ильхам Алиев Дал Хлёсткий Ответ на Нелепое Заявление Армянского Премьера
12 months ago 00:18:16 16
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Naxçıvanda qarşıladı
12 months ago 00:32:25 1
3. Guerra del Alto Karabaj || Azerbaiyán ataca de nuevo
12 months ago 00:01:37 11
Президент Ильхам Алиев: В данном заявлении нет ни единого слова о статусе Нагорного Карабаха
12 months ago 00:01:18 5
Ильхам Алиев выразил соболезнования по поводу гибели российских миротворцев 20 сентября в Карабахе
12 months ago 00:00:43 1
Politoloqdan təbrik sözləri: Bütün dünya İlham Əliyev iradəsinin sarsılmazlığını gördü
12 months ago 00:50:14 1
Ильхам Алиев о профессионализме ВС Азербайджана/Армяне Карабаха едут в Евлах/Митинги в Армении
12 months ago 00:30:56 1
Президент Ильхам Алиев Обратился к Народу
12 months ago 00:31:07 1
İlham Əliyev xalqa müraciət edib
12 months ago 00:30:56 40
İlham Əliyev xalqa müraciət edir
12 months ago 02:31:43 1
SON DƏQİQƏ! Prezident İlham Əliyev xalqa TARİXİ MÜRACİƏT etdi: Ermənilər silahları təhvil verirlər
12 months ago 00:00:00 37
İlham Əliyev xalqa müraciət edir - CANLI ()
12 months ago 00:30:38 1
The Betrayal of Artsakh: A Nation’s Fight for Survival
12 months ago 00:01:07 29
NE OLDU PASHINYAN???
12 months ago 00:00:43 1
Ильхам Алиев: «Ну что, Пашинян? Где твой статус?»
1 year ago 00:03:41 3
Noldu Pashinyan - Azerbaijani Karabakh war warsong
1 year ago 00:02:16 1
Президент Ильхам Алиев Обратился к Участникам Конференции, Посвященной Пропавшим без Вести
1 year ago 00:06:30 1
Президент Азербайджана Ильхам Алиев Впервые Выступил на Встрече Глав Государств Центральной Азии
1 year ago 00:00:59 2
#Армения это есть земля Азербайджана. 1920 год Азербайджан подарил им землью, но придётся забрать
1 year ago 00:03:56 1
Мир с Арменией возможен до конца года: Ильхам Алиев выступил в Шуше