Qarşıma çıxan bu videonu olduğu kimi paylaşıram! Yaltaqlar partiyası olan YAP-çılar da kor gözlərini açıb, yaxşı-yaxşı baxsınlar! Düzdür, YAP-çıların düzələcəyi barədə ümid yeri yoxdur, amma yenə də, bəlkə səhvlərini anlayarlar...
Daxili İşlər Nazirliyinin, SOCAR-ın, Azəriqazın, Azərişığın, Azərsuyun və digər dövlət qurumlarının özbaşınalıqlarının arxasında dayanan qüvvənin kim olduğunu hər kəs çox gözəl bilir! Heç kim gəlib burada boş-boş yazmasın ki, “cənab prezident bunları da cəzalandıracaq!“. Çünki o, heç bir yüksək vəzifəli məmuru cəzalandırmır, həmin məmuru bir vəzifədən alıb, daha yüksək və ya daha asan yeyinti olan vəzifəyə təyin edir! Çünki, hamısı öz yaxınlarıdır! Özgəsi yoxdur onların arasında! Əgər özgəsi olsaydı, ilham əliyev çoxdan o özgəsinin kökünü qurutmuşdur! Həbs edildiyi xəbəri yayılanlar isə, yuxarı tası çatdırmadıqları üçün həbs edilirlər, KİV-lərində xəbərləri yer alır! Onlardan daha çox yeyənlərin xəbəri niyə yayılmır, niyə həbs edilmirlər? Çünki tası yuxarı vaxtlı-vaxtında çatdırırlar!
Azərbaycan nədən də korluq çəksə, yaltaqları daima zəngin olub və olacaq!
#shahinelected #yap #yeniazərbaycanpartiyası #din #daxiliişlərnazirliyi #polis #məhkəmə #hakim #ilhaməliyev