Marketinq Strategiyası:
Westgold-u Ramazan ayında nəinki rəqiblərdən, bütün yerli brendlərdən fərqləndirmək. Əlbəttə ki, bu fərqləndirmə brendin ana mövqeləndirmə strategiyasına dəstək şəklində olmalıdır.
Kommunikasiya strategiyası:
“Yemək ruhun da qidasıdır“ kimi iddiyalı konsepsiyanı seçmək standart product advertorial tipli reklamdan uzaqlaşmağı tələb edir. Bu çarxda əsas vurğunu Ramazanın aşıladığı dəyərlərə etməklə Westgold-un mövqeləndirməsini daha da təbii şəkildə çatdırmağa çalışdıq.