Raket və Artilleriya Qoşunlarında döyüş atışlı təlim keçirilir

Raket və Artilleriya Qoşunlarında döyüş atışlı təlim keçirilir Cari il üzrə döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir. Plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqeyinin tutulması və texnikaların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər. Təlimin keçirilməsində əsas diqqət raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsinə yönəldilib. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib. ____ В ракетно-артиллерийских войсках проводятся учения с боевой стрельбой В соответствии с планом боевой подготовки на текущий год с подразделениями ракетно-артиллерийских войск проводятся тактические учения с боевой стрельбой. Согласно плану подразделения были выведены из пунктов постоянной дислокации в районы сосредоточения и выполнили нормативы по развертыванию, занятию огневых позиций и приведению техники в состояние боевой готовности. Основное внимание при проведении учений было уделено совершенствованию управленческих навыков командиров ракетно-артиллерийских подразделений, повышению знаний и умений военнослужащих, а также развитию навыков планирования деятельности и взаимодействия с другими видами войск в ходе боевых операций. В ходе учений, проведенных в соответствии с условиями реального боя, были успешно выполнены поставленные задачи по уничтожению целей условного противника точным огнем. ____ Rocket and Artillery Troops conduct live-fire exercises In accordance with the combat training plan for the current year, live-fire tactical exercises are being conducted with units of the Rocket and Artillery Troops. In accordance with the plan, the units were withdrawn from the points of permanent deployment to assembly areas and fulfilled the standards for deployment, taking firing positions and bringing equipment into the state of combat readiness. The main attention during the exercises is paid to enhancing the managerial skills of the rocket and artillery units’ commanders, increasing the knowledge and skills of servicemen, as well as improving abilities in planning activities and interoperability with other types of troops during combat operations. The tasks of destroying imaginary enemy targets with accurate fire were successfully fulfilled during the exercises held in conditions close to real combat.
Back to Top