Doymadım \ Dəyməz - Zəlimxan Yaqub / Bağman Salmanov #zelimxanyaqub

Doymadım \ Bu dünya bir qara qəpiyə dəyməz - Zəlimxan Yaqub / Bağman Salmanov ------ DƏYMƏZ Yumruqlar qazandıq, təpiklər yedik, Vallah, qazancımız təpiyə dəyməz. Uydurma sevgilər, qondarma sözlər Alqışa, hay-küyə, çəpiyə dəyməz. Pozuldu nizamlar, dağıldı səflər, Qırdı bir-birini qansız tərəflər. Dənizlər dibində dürlər, sədəflər Suyun üzündəki köpüyə dəyməz. Qaçma hər uğursuz saat dalınca, Minnətçi göndərmə qanad dalınca. Ey insan, yürümə manat dalınca, Bu dünya bir qara qəpiyə dəyməz. Almaniya, Münhen xəstəxanası. . ------- 1. V
Back to Top