Rusiya sülhməramlıları erməniləri niyə yoxlamır? Yeni Laçın yolundan ilk görüntülər

İndi ermənilər yeni Laçın yolundan keçərək Qarabağa və əksinə hərəkət edirlər. İndi sizə ilk dəfə yeni Laçın yolu, eləcə də bu yolun Ermənistan tərəfindən çəkilən hissəsindən görüntülər təqdim edəcəyik. Əməkdaşımız Ceyhun Sabahəddinoğlunun müşahidələrindən məlum olub ki, yola nəzarət edən Rusiya sülhməramlıları giriş-çıxışda erməniləri heç də ciddi yoxlamırlar. Beləliklə, yeni Laçın yolunda baş verənlər, eləcə də Laçındakı bir çox yeniliklər ilk dəfə İctimai Televiziyanın efirində. #ictimaitv #video #televiziya #baku #videolar #itv
Back to Top