Zəlimxan Yaqub - Çiraqqala / öz səsi ilə / şeirlər

ÇIRAQQALA (Memar dostum Ömər Qoçuluya) Hər qalanın adında bir zamandan nişan var, Bu qala nur qaladı, bu qala çıraq qala. Tacından Günəş öpər, taxtından yaşıl çəmən, Düşmən üçün göz dağı, dost üçün yaraq qala! Oduyla, alovuyla açılıb lala kimi, Zaman bağrına basıb istəkli bala kimi. Hər insanın ömründən bu məğrur qala kimi, Tarixlərdə yadigar səs qala, soraq qala! Bu ucalıq eşqinə qoy dillənsin ozanım, Mən də coşum, çağlayım, öz vaxtımdı, öz anım. Ey mənim tale adlı kitabımı yazanım, Qoyma bu yer tarixin gözündən iraq qala! Əllərinlə sığal 
Back to Top