Fətəli xan (1947-ci il)

Film XVIII əsrdə ayrı-ayrı xanlıqları vahid Azərbaycan dövlətində birləşdirməyə çalışan qubalı Fətəli xanın (Ələsgər Ələkbərov) mübarizəsindən danışır. Film haqqında . . . Film 1958-ci ildə redaktə edilmişdir. Bu zamana qədər film 11 il rəflərdə qalmışdır. Film aktrisa Nəcibə Məlikovanın kinoda ilk işidir. Film aktyor Kazım Ziyanın kinoda son işidir. Filmdə böyük qala səhnəsi tamamilə dekorasiyadır. Dekorasiya Zuğulbada tikilmişdir. Film üzərində işləyənlər: Ssenari müəllifi: Mehdi Hüseyn, Ənvər Məmmədxanlı Quruluşçu rejissor: Yefim Dziqan Quruluşçu operator: Əlisəttar Atakişiyev Operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Yuri Şvets Bəstəkar: Niyazi Rejissor: Zeynəb Kazımova
Back to Top