Seyyid Taleh — Ömrüm Hüseynsiz Olmasın (Official Audio Clip)

Seyyid Taleh Boradigahinin yeni ilahisi “Ömrüm Hüseynsiz Olmasın“ YouTube’da yayında. Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️ Söz : Kəlami Zəncani Mus : Seyyid Taleh Boradigahi Aranje : Fariborz Khatami Bir Ağadır mənim ağam, əhli səmadır muştaqı Fərşə qədəm qoyan kimi, ərşə gedibdir qundağı Feyz verər dolandırar, aləmi xırda barmağı Dərdlərə eyləyər dəva, ömrüm Hüseynsiz olmasın. Aşiqi zarəm ey Xuda, ömrüm Hüseynsiz olmasın Eşqim olubdur Kərbəla, ömrüm Hüseynsiz olmasın. Olmasa şahdan etina, nökərə kim baha verər?! Nökərəm ol şəhidə ki, eşqi dilə səfa verər, Türbətinə fəda olum, hər mərizə şəfa verər Baqi odur cahan fəna, ömrüm Hüseynsiz olmasın. Aşiqi dəra çəksələr, canı deyər Hüseyn Hüseyn Başını kəssələr axan, qanı deyər Hüseyn Hüseyn, Eşqə desəm ki, mədrəkin hanı deyər, Hüseyn Hüseyn Candır mənə o müqtəda, ömrüm Hüseynsiz olmasın. Birgün olar ki, sirri eşq aləmə bərməla olar Kəbəyi eşq o beyti həqq, yerləri cabəca olar Yəni təmami aləmin, qibləsi Kərbəla olar Kəbə özü edər nida, ömrüm Hüseynsiz olmasın. Özgə qızıl yığar ama, bizlərə əşg tuşədi Göz yaşı üzdə ağ qızıl, xəlqi siyah puşədi Qurban olum o şaha ki, mərqədi altı guşədi Adı gəlir deyir səba, ömrüm Hüseynsiz olmasın. Ömr Hüseynsiz olsa gər, bəndə gunahkar olar Rəxti sefidi geysə də, bəxti siyahkar olar Eşqi düz olsa nökərin, hər işi şahkar olar Şahım Hüseyndir mən gəda, ömrüm Hüseynsiz Olmasın Facebook 👇 instagram 👇 Tiktok 👇 Twitter 👇 Telegram 👇 (tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan. ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri. Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar. #SeyyidTalehBoradigahi #OmrumHuseynsizOlmasin #SeyyidTaleh Kanaldakı Videolar “WediaCorp Azərbaycan“ Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur. Hörmətlə: “WediaCorp Azərbaycan“ Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!
Back to Top